Samir Şərifov ABŞ-a niyə gedib?

Samir Şərifov ABŞ-a niyə gedib?

Azərbaycanın maliyyə naziri Samir Şərifov ABŞ-a gedib. Bu barədə virtualaz.org-a Maliyyə Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumatda deyilir. Məlumata əsasən “Şahdəniz 2”, “Cənub Qaz Boru Kəməri”, Trans-Anadolu Qaz Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin maliyyələşdirilməsi məqsədiylə “Cənub Qaz Dəhlizi” Şirkəti tərəfindən buraxılacaq istiqrazlarının beynəlxalq bazarlarda yerləşdirilməsi üçün hazırlıqlar başlayıb.

Nazirlər Kabinetinin 07 mart 2016-cı il tarixli qərarı ilə dövlət zəmanəti verilmiş istiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün "Citi Bank", "UniCredit", "JP Morgan" bankları seçilib. “Lazard Freres SAS” şirkəti isə Azərbaycan tərəfinin maliyyə məsləhətçisi rolunda cıxıs edir.

Maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi, “Cənub Qaz Dəhlizi” Şirkətinin və Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndələrinin də təmsil olunduğu heyətin 2016-cı il 10-16 mart tarixlərində dünyanın əsas maliyyə mərkəzləri olan London, Nyu York, Los-Anceles, San-Fransisko və Boston şəhərlərində investorlarla görüşləri nəzərdə tutulur. Bazar şərtlərindən asılı olaraq istiqraz emissiyası 1 milyard ABŞ dolları həcmində proqnozlaşdırılır.

Xatırladaq ki, bir gün əvvəl keçmiş KQB zabiti, hazırda Amerikada yaşayan Yuri Şvets qordonua.com saytında Samir Şərifovun barəsində qalmaqallı dosye yayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
810 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...