"İtləri ilə birlikdə oturdular təyyarəyə, getdilər Moskvaya" - Araz Əlizadə

"İtləri ilə birlikdə oturdular təyyarəyə, getdilər Moskvaya" -


Son zamanlar bəzi xarici və yerli mətbuatda Rusiyanın Dağlıq Qarabağ münaqışəsini həll etmək üçün Azərbaycan tərəfindən Avrasiya İttifaqına daxil olması şərtini irəli sürdüyü fikirləri dolaşır. Rusiyanın gömrük məsələsinin aradan qaldırılması və keçmiş SSRİ dövlətini yenidən bərpa etməsi niyyəti olduğu iddiaları xüsusiylə vurğulanır.

Avropa.info-ya açıqlama verən Milli Məclisin deputatı Araz Əlizadə deyib ki, SSRİ kimi dövləti yaratmaq üçün güclü bir dövlət olmaq lazımdır, Rusiya isə bu gücə malik deyil.

A.Əlizadə hesab edir ki, Rusiyanın imkanı olsaydı, SSRİ kimi bir dövləti çoxdan yaratmışdı, amma bu ölkənin heç bir real imkanı yoxdur: "SSRİ-ni yaratmaq üçün çox qüdrətli bir dövlət olmaq lazımdır. Qüdrətli Rusiya isə bu gün yoxdur. Müstəqil dövlətlər olan keçmiş sovet respublikalarının bu barədə marağı olmalıdır. Düşünürəm ki, hal-hazırda heç bir dövlət bunun arzusunda deyil. Onun üçün də keçmiş sovetlər kimi bir dövlətin bərpası qeyri-mümkündür".

A.Əlizadənin sözlərinə görə, Rusiya belə bir dövlət yaratsa belə, ora ancaq Ermənistan kimi iqtisadiyyatı zəif olan, Rusiyadan asılı olan dövlətlər daxil olacaq: "Azərbaycan bu dövlətlərin siyahısında ola bilməz. Bir faktı da deyim ki, bir –birinə yaxın olan Belarus və Rusiya on illərdir danışırlar ki, birləşsinlər, amma bu alınmır. Azərbaycan heç bir ittifaqa daxil olmayacaq. Azərbaycanın z müstəqil siyasəti var".

Qarabağ münaqışəsinin həllindən danışan deputat deyib ki, Rusiyanın bu münaqişəyə münasibətində bir misal gətirib: ""Acarıstan məsələsi"ni misal gətirə bilərik. Necə ki, onda itləri ilə birlikdə oturdular təyyarəyə getdilər Moskvaya, indi də bu amil Qarabağda olan erməni mafiozlar üçün təkrar olunmalıdır. İkinci variant isə yalnız və yalnız müharibə yoludur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1017 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...