Küçələrdə vəziyyət necədir? - Sürücülərə müraciət

Küçələrdə vəziyyət necədir? -


Bakıda gecə saatlarından başlayan güclü yağış hələ də davam edir. "Qafqazinfo" xəbər verir ki, leysan paytaxtın bir sıra küçələrində hərəkətin iflic olmasına səbəb olub. Bir sıra prospektlərdə isə ümumiyyətlə uzun tıxaclar müşahidə olunur.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, sıxlıq səhər saat 07:30-dan 08:15-ə kimi müşahidə olunub:

"Yağış normadan artıq olduğu üçün şəhərdaxili küçələrdə xeyli fəsada səbəb olub. Bəzi yerlərdə gölməçələr yaranıb. Biləcəri qəsəbəsində, Biləcəri enişindən keçən avtomobillər üçün təhlükə yaranıb. Avtomobil mühərriklərinin sönməsi sıxlığa səbəb olub".

DYP rəsmisi sürücülərə də müraciət edib: "Bu havada avtomobili idarə edən sürücülər sürəti nəzarətdə saxlamalı və mövsümi təkərlərdən istifadə etməlidirlər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
795 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...