Bakıda atom yanacağı istehsal ediləcək

Bakıda atom yanacağı istehsal ediləcək


Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tədqiqat nüvə reaktorunun layihələndirilməsi razılaşdırılır. Azərbaycanda tədqiqat nüvə reaktoru tikilməsi, atom yanacağı istehsalı üzrə tədqiqatlara başlanıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilən iclasında məlumat verib.

“Tədqiqat nüvə reaktorunun layihələndirilməsi üzrə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə razılaşdırılması ölkəmizdə bu sahə üzrə tənzimləyici orqan olan Fövqəladə Hallar Nazirliyi ilə birgə həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə nüvə materialları yataqlarının arxeoloji axtarışına başlanılıb. Bu işlərdə məqsəd əgər kifayət qədər resurslar tapılarsa ölkəmizdə atom yanacağının istehsalı təkliflərini hazırlayıb hökumətə təqdim etməkdir”,- deyə nazir bildirib.

Nüvə reaktoru enerji ayrılması ilə müşahidə olunan, idarəolunan özütənzimlənən zəncirvari parçalanma reaksiyasının təşkili üçün nəzrdə tutulan qurğudur. Dünyada geniş yayılmış nüvə reaktorları uran və plutoniumun parçalanması sayəsində yaranan olunan istilikdən istfadə edərək elektrik enerjisi əldə olunur. Elmi-tədqiqat reaktorları isə materialların araşdırılması üçün sərbəst neytronların, və ya tibb üçün xüsusi radioaktiv nuklidlərin yaradılmasında tətbiq tapır.
Bakıda atom yanacağı istehsal ediləcək


Nüvənin zənciravri parçalanma reaksiyası ilk dəfə olaraq 1942-ci ildə Çikaqo universitetinin bir qrup fiziki tərəfindən E.Ferminin rəhbərliyi altında icra edilir. Onlar ilk dəfə olaraq "Çikaqo dəsti" (ÇD-1) adlanan nüvə reaktorunu düzəldirlər. O, qrafit bloklardan ibarət olub, arasında təbii uran və onun oksidindən ibarət kürələr yerləşdirilib.

SSRİ-də reaktorların işəsalma özəllikləri, işləməsi və nəzarətinin nəzəri və praktiki tədqiqatı akademik İqor Kurçatovun rəhbərliyi altında bir qrup fizik və mühəndislər tərəfindən həyata keçiriliib. İlk sovet reaktoru 1946-cı ildə F-1 SSRİ EA-nın 2 №-li laboratoriyasında qurulub.

Sovet illərində Hacıqabul rayonunun Nəvai qəsəbəsində də nüvə reaktorunun tikintisi aparılırdı. 1980-ci illərin sonlarında Azərbaycan rəhbərliyinin xahişi ilə reaktorun tikintisi dayandırıldı.

Atom yanacağı isə nüvə reaktorlarında idarəolunan zəncirvari nüvə reaksiyası həyata keçirmək üçün istifadə edilir. Atom yanacağı insanların istifadə etdiyi digər yanacaq növlərindən prinsipcə çox fərqlənir. O həddindən effektlidir, amma insan üçün çox təhlükəlidir. Buna görə də onun istifadəsi təhlükəsizlik baxımından bir çox məhdudiyyətlərin tətbiqini tələb edir. Dünyada əsasən uran əsasında atom yanacağından istifadə edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1086 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...