Hamilə və 2 yaşına qədər uşağı olan xanım tələbələrə təhsil pulsuz olsun - TƏKLİF

Hamilə və 2 yaşına qədər uşağı olan xanım tələbələrə təhsil pulsuz olsun -

Azərbaycanda hamilə və ya 2 yaşına qədər uşağı olan xanım tələbələrin universitetlərdə ödənişsiz əsaslarla təhsil alması təklif edilib.

Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Musa Quliyev çıxış edib. Deputat bildirib ki, dünyanın bir çox ölkələrində hamilə və ya 2 yaşına qədər uşağı olan tələbələr universitetlərdə ödənişsiz əsaslarla təhsil alırlar.

“Çünki hamilə qadınların pul axtarması, işləməsi qadının bətnindəki uşağın sağlamlığına pis təsir edə bilər. Hesab edirəm ki, bu barədə statistika aparılmalıdır. Universitetlərdə təhsil alan hamilə qadınların və 2 yaşına qədər uşağı olan qadın tələbələrin sayı müəyyənləşsin.

Bildiyimiz kimi prezidentin diqqəti, qayğiısı nəticəsində bir çox kateqoriya insanların təhsillərinə güzəştlər tətbiq olunur. Bir qrup kateqoriyadan olan insanlar isə təhsil haqqı ödəmir. Hesab edirəm ki, biz bu məsələyə baxmalıyıq. Çünki cənab prezidentin də əsas diqqəti mərkəzində insanlarımızın təhsil alması dayanır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
743 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...