Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 230-a çatıb

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 230-a çatıb
Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 230 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Mülki Müdafiə Qüvvələrinin Milli Koordinatoru Luis Felipe Puente özünün “Tvitter”ində yazıb.

“Paytaxt Mexikoda ölənlərin sayı 100-ə çatıb. Təbii fəlakət qurbanların ümumi sayı 230 nəfərdir”, Peunte qeyd edib.

Sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələ olub. Son iki sutka ərzində ölkə ərazisində 10-dan çox yeraltı təkan qeydə alınıb. Təbii fəlakət nəticəsində ölənlərin xatirəsinə ölkədə 3 günlük matəm elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
760 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...