“Qarabağ” - “Roma” oyununun tamaşaçıları ekspress avtobuslarla pulsuz daşınacaq

“Qarabağ” - “Roma” oyununun tamaşaçıları ekspress avtobuslarla pulsuz daşınacaq

Sentyabrın 27-də UEFA Avropa Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - “Roma” görüşünü izləyəcək biletli tamaşaçıların daşınması Bakı Nəqliyyat Agentliyi tərəfindən ayrılan xüsusi ekspress xətt avtobusları vasitəsilə həyata keçiriləcək.

Agentlikdən Trend-ə verilən məlumata görə, oyun günü Bakı Olimpiya Stadionunun ərazisinə şəxsi nəqliyyat vasitələrinin, eləcə də taksi minik avtomobillərinin girişi tam olaraq məhdudlaşdırılacaq. Bu səbəbdən də biletli tamaşaçılarımıza Bakı Olimpiya Stadionuna rahat və vaxtında gəlmək üçün metrodan və ya Bakı Nəqliyyat Agentliyinin ayırdığı ekspress xətt avtobuslarından istifadə etmək tövsiyə edilir.

Əvvəlcədən müəyyən edilən plana uyğun olaraq, biletli tamaşaçılar saat 16:30-dan etibarən metronun “Qara Qarayev” stansiyasının qarşısından X1 Express xətti və metronun “Gənclik” stansiyasının qarşısından X2 Express xətti üzrə Bakı Olimpiya Stadionuna daşınacaq. Mərasim bitdikdən sonra da tamaşaçılar ekspress xətt avtobuslarla fasiləsiz və təhlükəsiz şəraitdə operativ şəkildə əvvəlcədən müəyyən olunmuş nöqtələrə, yəni metronun “Qara Qarayev” və “Gənclik” stansiyalarına geri daşınacaq.

Qeyd edək ki, biletli tamaşaçıların ekpress xətt avtobusları ilə Bakı Olimpiya Stadionuna, eləcə də əks istiqamətdə daşınması ödənişsiz həyata keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
742 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...