Azərbaycanda 8-ci sinif şagirdini ilan sancdı - Vəziyyəti ağırdır

Azərbaycanda 8-ci sinif şagirdini ilan sancdı -

İmişlidə məktəblini ilan sancıb. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Oruclu kəndində baş verib. Belə ki, Oruclu tam orta məktəbin 8-ci sinif şagirdi Həsənli Amil ötən gün axşam saatlarında dərsdən çıxarkən onu qəfil ilan sancıb. Dərhal məktəblini valideynləri rayon xəstəxanasına aparıb.

Hazırda onun səhhəti qənəatbəxş deyil. Valideynləri H. Amili Bakıda xəstəxanaya gətirməyə hazırlaşırlar.

***

Hazırda valideynləri Amil Həsənlini Bakıya gətirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
595 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...