«Qarabağ» - «Roma» oyununda hesab açıldı yenilənib

«Qarabağ» - «Roma» oyununda hesab açıldı

Bu gün Gənclər Liqasının Çempionlar yolunda II tura yekun vurulacaq. Fanat.Az xəbər verir ki, 19 yaşadək futbolçular arasında Azərbaycan çempionu “Qarabağ” ilk ev oyununa çıxacaq.

Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda İtaliya “Roma”sı ilə görüşəcək. Bu matç autsayderlərin dueli sayılır. Çünki hər iki komanda ilk turda xalsız qalıb.

Ağdam təmsilçisi İngiltərədə “Çelsi”dən aldığı 0:5 hesablı məğlubiyyəti unutdurmağa çalışacaq. Romalılar isə “Atletiko”ya 1:2 hesablı yenilgidən sonra ilk xal üçün mübarizə aparacaq.

Rumıniyalı hakimlər briqadasının idarə edəcəyi oyun Suraxanı qəsəbəsindəki “Azərsun Arena”da baş tutacaq. Lakin idman qurğularında reklam tipli adların əleyhinə olan UEFA matçın keçiriləcəyi məkanı “Qarabağ” stadionu kimi tanıyır. Görüş saat 14:00-da başlayacaq.

Qeyd edək ki, bu komandaların yer aldığı C qrupunun digər oyununda “Atletiko” “Çelsi”ni qəbul edəcək.

Gənclər Liqası

Çempionlar yolu

II tur, C qrupu

27 sentyabr

14.00 Qarabağ (Azərbaycan) - Roma (İtaliya) 0:1

Qol: Jan Kelar, 11.

Qarabağ: 40. Məmməd Hüseynov, 31. Oliver Stoymenovski, 36. Əli Əliyev, 39. Zaur Fərzəliyev (k), 47. Əsgər Hüseynov, 49. İbrahim Əliyev, 51. Elçin Əsədov, 59. Boyan Miovski, 60. Pilağa Mehdiyev, 70. Misir Rüstəmov, 80. Yusif Həsənov.

Ehtiyat oyunçular: 63. Rəhim Rəhimli, 26. Rahid Ağazadə, 27. Ülvi İbrahimov, 37. Akif Hümbətzadə, 38. Famin Əliyev, 54. İbrahim Hüseynov, 72. Taleh Rzayev.

Baş məşqçi: Rəşad Sadıqov.

Roma: 1. Andrea Romanyoli, 3. Andrei Trusesku, 4. Rikkardo Karqnelutti, 5. Stefano Siavattini (k), 6. Andrea Markuççi, 7. Dario Midous, 8. Lorentso Valeu, 9. Jan Kelar, 10. Mirko Antonuççi, 11. Rikkardo Kappa, 16. Alessio Rikkardi.

Ehtiyat oyunçular: 23. Alessio Palyiarini, 2. Lirim Kastrati, 14. Devid Bua, 15. Salvatore Pezzella, 18. Visente Besujen, 20. Keres Masanqu, 21. Luka Petrunqaro.

Baş məşqçi: Alberto De Rossi.

Hakimlər: Horatiu Fesniç, Aleksandru Çerey, Mihay Marika (Rumıniya), İnqilab Məmmədov (Azərbaycan).

UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya).

Hakim-inspektor: Haim Yakov (İsrail).

Bakı. "Azərsun Arena".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
794 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...