AZAL-ın uçuşunda yenə problem yarandı uçuşlar təxirə düşdü

AZAL-ın uçuşunda yenə problem yarandı


Bu gün səhər 09:55-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Gəncəyə uçmalı olan təyyarənin gecikməsinin səbəbi təyyarədə yaranan texniki problemdir.

Bu barədə “Report”a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

“Təyyarədə yaranan texniki problemə görə reys gerçəkləşdirilə bilmir”, - aeroportdan bildirilib. Uçuş reysi əvvəlcə 12:00-a, daha sonra isə 13:00-a keçirilib.

* * * 12:15

Bu gün səhər 09:55-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Gəncəyə uçmalı olan təyyarə gecikir.

AZAL-dan “Report”a məlumat təsdiqlənib. Lakin təyyarənin gecikməsinin səbəbi açıqlanmayıb: “Gecikmənin səbəbi bilinmir. Reys təxirə salınmayacaq. Bakı-Gəncə reysinin bu dəqiqələrdə həyata keçirilməsi planlaşdırılır. Belə olsa, təyyarə 13 radələrində Gəncəyə eniş edə biləcək”.

Qeyd edək ki, AZAL-ın 223 nömrəli uçuşunu "Embraer 190" model layner həyata keçirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1306 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...