Azərbaycanda yenicə vəzifə təyinatı almış şəxs vəfat edib

Azərbaycanda yenicə vəzifə təyinatı almış şəxs vəfat edib


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitunun "Aşqar" Təcrübi İstehsalı ilə Xüsusi Texnoloji Bürosunun direktoru Fərəməz Əsədov vəfat edib. "Report" xəbər verir ki, akademik, texnika üzrə fəlsəfə doktoru olan F.Əsədov 77 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, F.Əsədov 1957-ci ildə Bakı Neft Texnologiya Texnikumunu, daha sonra M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyasını) bitirib. Neft emalı Elmi-tədqiqat İnstitutunda operator (1957), Elmlər Akademiyası sistemində növbətçi mühəndis, qurğu rəisi (1959) vəzifələrində çalışıb. 1980-ci ildən AKİ-nin nəzdindəki "Aşqar" Xüsusi Texnoloji Bürosunun (XTB) direktoru işləyib. "SSR-nin ixtiraçısı" fəxri adı (1973), "Əmək şücaətinə görə" və "Əmək veteranı" medalları (1986), habelə AMEA Riyasət heyətinin və Respublika Həmkarlar Konfederasiyasının fəxri fərmanları (1996) ilə təltif olunub. Azərbaycan Prezidenti İlham Əliyevin 30 sentyabr 2009-cu il tarixli sərəncamına əsasən ona "Əməkdar mühəndis" fəxri adı verilib. F.Əsədov 40-dək elmi əsərin, o cümlədən 21 müəlliflik şəhadətnaməsi və 4 patentin müəllifidir ki, bunların 10-u istehsalata tətbiq olunub.

O, AMEA-nın Aşqarlar Kimyası İnstitutunun "Aşqar" Təcrübə İstehsalı ilə Xüsusi Texnoloji Bürosunun direktoru vəzifəsinə 2014-cü ilin dekabr ayında təyin edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1083 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...