Bakı metrosunda kart böhranı

Bakı metrosunda kart böhranı


“Bakı Metropoliteni” QSC-də keçid kartları satışdan yığışdırılıb. Bu barədə AzNews.az-a sərnişinlər məlumat verib. Metro istifadəçilərinin sözlərinə görə, artıq 2 gündür ki, stansiyaların kassalarında metro kartı satılmır.

Məsələni araşdırmaq üçün əməkdaşımız metropolitenin bir neçə stansiyasında yerləşən kassaya yaxınlaşıb. “Koroğlu”, “Nəriman Nərimanov”, “Gənclik” və “İnşaatçılar” stansiyalarındakı kassadan kart almaq istəyib. Lakin metropoliten işçiləri kartın olmadığını bildiriblər. Səbəbini soruşanda isə, məsələdən xəbərsiz olduqlarını deyiblər. Məsələ ilə bağlı QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. Məlumat üçün bildirək ki, bir müddət əvvəl sərnişinlərin istifadə etdiyi metro kartlarının dəyişdiriləcəyi ilə bağlı məlumat vermişdik. Bildirmişdik ki, Bakının ictimai nəqliyyatında gediş haqqının ödənilməsi üçün vahid ödənişli kart sisteminə keçiləcək. İlk mərhələdə vahid ödəmə kartlarını həm metropoliten, həm də avtobuslarda istifadə etmək mümkün olacaq. Daha sonra isə həmin kartlardan digər nəqliyyat vasitələrində istifadə edilməsi də nəzərdə tutulur.

Artıq Bakı Metropolitenin stansiyalarında “Bakı Kart” adlı yeni hesab ödəmə cihazları yerləşdirilib. Hazırda istifadə olunan metro kartlarının satışının məhz bu səbəbdən dayandırıldığı güman edilir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1331 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...