Hökumətin sosial ipoteka üçün ayıracağı vəsaitin həcmi açıqlandı

Hökumətin sosial ipoteka üçün ayıracağı vəsaitin həcmi açıqlandı

“Artıq sosial ipotekanın əhatə dairəsi genişdir. Biz bunu daha da artırmağa çalışacağıq. Ancaq nəzərə alınmalıdır ki, dövlət bunu hədsiz edə bilmir”.

Modern.az-ın məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisdəki büdcə müzakirələri zamanı deyib.
Nazir bildirib ki, gələn ilin dövlət büdcəsi layihəsində bu məqsədlər üçün (güzəştli mənzillərlə təminat) 162 milyon manat vəsaitin ayrılması nəzərə tutulur.

“Bundan əlavə, hərbi qulluqçular üçün ayrı vəsait, şəhid ailələri üçün ayrı vəsait, məcburi köçkünlər üçün də ayrı bir zərfdə vəsait nəzərdə tutulub. Bunları birlikdə toplayanda kifayət qədər samballı zərfdən söhbət gedir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
542 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...