Komitə sədri nazirə təklif verdi: - “Bəzi rəqəmləri düşünmədən yazıblar”

Komitə sədri nazirə təklif verdi: -

“Əvvəllki illərlə müqayisədə növbəti ilin büdcəsində xeyli artımlar var. Qəribədir ki, hətta, yerli idarəetməyə də vəsait artırılıb. Subvensiyalara da pul ayrılıb. Düzdür, 2017-ci ildən bələdiyyələrin əl-qolları bir qədər soyumuşdu ki, subvensiyar üçün pul ayrılmayacaq. Ancaq çox yaxşı haldır ki, növbəti ildən subvensiyalar üçün vəsait nəzərdə tutulub”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə parlamentin komitələrinin birgə iclasında deyib.

Deputat bildirib ki, Azərbaycanda bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna çox böyük borcları var.

“Bunlar ondan irəli gəlir ki, bəzi hallarda lazımınca düşünmədən rəqəmlər yazıblar. Məsələn, məvacib vermədən adamın adını işdə saxlayıblar. Bunun nəticəsində də Dövlət Sosial Müdafiə Fonduna müəyyən məbləği keçirə bilməyiblər.

Mən Samir müəllimdən (Samir Şərifov -red) xahiş edirəm ki, dotasiyaların bir hissəsi subvensiyalara yönəldilsə, daha yaxşı olar. Eyni zamanda subvensiya formasında mümkündürsə, bələdiyyələrin borclarının silinməsi məsələsinə baxmaq lazımdır. Çünki elə bələdiyyələr var ki, onların xeyli miqdarda borcu var. Ona görə də fəaliyyət göstərə bilməyəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
616 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...