DGK gömrük-keçid məntəqələrində "donuz qripi" əleyhinə xüsusi avadanlıq quraşdırıb

DGK gömrük-keçid məntəqələrində "donuz qripi" əleyhinə xüsusi avadanlıq quraşdırıb

"Azərbaycanın bütün gömrük-keçid məntəqələrində "donuz qripi" əleyhinə xüsusi avadanlıq quraşdırılıb".
"Report" xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, komitə bu məsələdə Səhiyyə Nazirliyi və digər aidiyyatı dövlət qurumları ilə əməkdaşlıq edir: "Əhalinin təhlükəsizliyi, sağlamlığı ilə bağlı bütün parametrlər nəzərə alınıb.

Hesab edirəm ki, bu sahədə biz kifayət qədər nəticələr əldə etmişik. Bu gün də gücləndirilmiş iş rejimində çalışırıq. Əhalinin həm məlumatlandırılması, eyni zamanda xəstəliyin Azərbaycana gəlməməsi üçün xüsusi dezinfeksiyaedici, karantin sahələr elan olunub. Hər bir şey nəzarətimizdədir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
501 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...