Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

Növbəti hərrac keçirildi:


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 22 yanvar tarixində növbəti hərrac keçirildi. Özəlləşməyə çıxarılan dövlət əmlaklarının cəlbediciliyi budəfəki hərracda rəqabətli mühiti təmin etdi. Vətəndaşlar tərəfindən qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri üzrə ümumilikdə 16 sifariş verilmişdir.
Hərracda rəqabət yaradan dövlət əmlaklarından biri Bakının Yasamal rayonu, Həsənbəy Zərdabi prospektindəki qeyri-yaşayış sahəsidir. Ümumi faydalı sahəsi 32.8 kv.m olan obyektin hərracında iştirakçılar arasında yaranan rəqabət ilkin hərrac qiymətini 2 dəfədən çox yüksəltdi. Belə ki, 4 min manat başlanğıc qiymət təyin olunmuş əmlak daha baha qiymət-10 min 500 manat təklif edən şəxs tərəfindən özəlləşdirildi. Vətəndaş marağına səbəb olan digər qeyri-yaşayış sahəsi paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,Y.Eyvazovküçəsindədir. Ümumi faydalı sahəsi 147kv.m olan dövlət obyektinin hərrac qiyməti 25 min manat olsa da, iştirakçı rəqabətli mühitdə obyekt üçün 30 min 750 manat təklif edərək hərrac qalibi oldu.Ağdaş rayonu üzrə keçirilən hərracda özəlləşdirilən qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi62.9kv.m-dir.M.İsayev küçəsində yerləşənbu dövlət obyekti təyin olunan ilkin qiymətə özəlləşdirildi.
Hərracdaözəlləşdirilənnəqliyyat vasitələrinin buraxılış tarixləri 2005-2008-ci illərdir. Bu avtomobillərMercedes, Kia, Nissan və digər markalara aiddir.
Əmlak Məsələləri Dövlət Komitəsi sifarişçilərlə bərəbər, prosesə marağı olan şəxslərin hərraclarda canlı və onlayn formada iştirakını təmin edir. Belə ki, açıq hərracların gedişatınıonlayn izləmək istəyən vətəndaşlar təyin olunan vaxtda müvafiq linkə daxil ola bilər (e-emdk.gov.az/eHerrac/Home/Presentation). Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərraclarda müasir və optimal üsullar, əlçatan xidmətlər vətəndaş məmnunluğunun artırılmasına yönəlib.
Qeyd edək ki, komitənin təşkil etdiyi növbəti hərrac yanvarın 29-u keçiriləcək. Hərraca ümumilikdə 79 dövlət əmlakı çıxarılıb. Onlardan 37-si kiçik dövlət müəssisə və obyekti, 14-ü qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 8-i isə nəqliyyat vasitəsidir.Hərrac prosesinə qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.

Növbəti hərrac keçirildi:
Növbəti hərrac keçirildi:




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
575 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...