“Həmin qüvvələr yenə də iş başındadırlar” – Amaşov erməniyə abidə qoyulmasını PİSLƏDİ

“Həmin qüvvələr yenə də iş başındadırlar” –

“Azərbaycanla Gürcüstanın yüksək qonşuluq əlaqələri olsa da, buna qarşı hələ də fəaliyyət göstərən qüvvələr var”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Əflatun Amaşov Gürcüstanda Azərbaycan torpaqlarının işğalında iştirak etmiş cinayətkar erməni terrorçusu Mixail Avaqyana abidə ucaldılması məsələsinə toxunarkən deyib.
Ə.Amaşov əmin olduğunu bildirib ki, bu abidənin ucaldılmasından Gürcüstan hökumətinin bundan məlumatı olmayıb:
“Həmin qüvvələr yenə də iş başındadırlar.

Hələ 2006-cı ildə Axalkalakidə başqa bir erməni terrorçusuna heykəl qoymuşdular. İndi isə bu addımı atdılar. Həmçinin Nəriman Nərimanovun Marneulidəki abidəsinə qarşı hörmətsizlik edildi. Ona görə də hesab edirəm ki, bu hallar tezliklə aradan qaldırılmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
533 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...