Bakıda zəlzələ niyə bəzi yerlərdə hiss olunmayıb- Direktor səbəbini açıqladı

Bakıda zəlzələ niyə bəzi yerlərdə hiss olunmayıb-

Bakıda zəlzələ niyə bəzi yerlərdə hiss olunmayıb-Direktor səbəbini açıqladı

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli dünən baş verən zəlzələnin Bakının bəzi ərazilərində hiss olunmamasının səbəbini açıqlayıb. Movqe.az xəbər verir ki, o, bunun geoloji quruluşu çox mürəkkəb olması ilə əlaqələndirib:” Bakı ərazisi Abşeron yarlmasası geoloji quruluş baxımından müxtəlifdir. Ona görə ola bilər ki, eyni layihə ilə tikilən binanın bir hissəsi 1 bal, digər hissəsi başqa bala uyğun gəlir. Buna görə də Bakıda tikinti aparılan hər bir ərazinin seysmikliyi dəqiqliklə müəyyən edilməlidir. Türkiyədə baş verən zəlzələdə yanaşı tikilən 4 binadan biri salamat qalmışdı. Bakıda da dünənki zəlzələ Bakının Xətai, Yasamal, Nəsimi rayonlarında hündürmərtəbəli binalarda hiss edilib”. Direktor deyib ki, dənizə yaxın ərazilərdə inşa edilən tikililər bu baxımdan bir qədər təhlükəlidir.

“Bəzi binaların bir qolunun yerləşdiyi ərazidə maksimum 8, digər hissəsində 9 bal gücündə zəlzələ qeydə alına bilər. Ona görə də tikinti aparılarkən hər bir ərazinin seysmikliyi dəqiqləşdirilməlidir. Bəzən eyni yerdə seysmik aktivlik fərqli ola bilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
507 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...