Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinatlar olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinatlar olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinatlar olub.

Nazirlikdən "Report"a verilən məlumata görə, telejurnalist Şahin Əliyev nazirliyin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin mətbuat katibi vəzifəsinə təyinat alıb.

O, bundan öncə AzTV, Lider TV, ARB TV və ATV-də müxtəlif vəzifələrdə çalışıb, bır sıra telelayihələrin rəhbəri və aparıcısı kimi fəaliyyət göstərib.

Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi vəzifəsi isə telejurnalist Əsmər Nəcməddinqızına həvalə olunub. O, bu təyinata qədər ATV-nin “Xəbər” proqramının aparıcısı olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
597 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...