Məhkəmələrlə bağlı şikayətlərin sayı artıb - Büdcəyə 1,1 milyard manat ödətdirilib

Məhkəmələrlə bağlı şikayətlərin sayı artıb -

Məhkəmə orqanlarının qəbul etdikləri qərarların icrası barədə müraciətlər hələ də az deyil.

BakuPost-un məlumatına görə, bunu Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov rəsmi mətbuatda dərc olunan "Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir” başlıqlı məqaləsində yazıb.

Şöbə müdiri bildirib ki, 2018-ci ildə icrası təmin edilən işlərin sayı 450 mindən çox olub, dövlət büdcəsinə 1,1 milyard manatdan çox vəsait ödətdirilib: "İcra sənədlərinin icrasından qərəzli boyun qaçıran, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 6775 nəfər inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 2913 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, inzibati məsuliyyətə cəlb olunmaya dair məhkəmə qərarından nəticə çıxarmayan 446 şəxs barəsində cinayət işi başlanılıb. Eyni zamanda, 4885-ə yaxın şəxsin məhdudiyyəti məhkəmə qərarını icra etdiyinə görə götürülüb”.

S. İsmayılov qeyd edib ki, məhkəmə orqanlarının fəaliyyətinin yaxşılaşdırılması, bu sahədə şəffaflığın artırılması üçün görülən tədbirlər 2018-ci ildə də davam etdirilib: "Bununla belə, ötən il Prezident Administrasiyasına məhkəmə orqanlarının fəaliyyətinə dair daxil olan müraciətlərin sayı artıb. Müraciətlərin sayının artmasını vətəndaşlarımızın öz problemlərini hüquqi müstəvidə həll etməyə üstünlük verməsi ilə əlaqələndirmək olar. Prezident Administrasiyasına Bakı şəhərinin Binəqədi, Xəzər, Qaradağ, Nərimanov, Nizami, Səbail, Suraxanı, Yasamal rayonlarının, həmçinin Sumqayıt, Şirvan, Abşeron, Balakən, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Xaçmaz, İmişli, Quba, Masallı, digər şəhər və rayon məhkəmələrinin fəaliyyətinə dair müraciətlər nisbətən çox daxil olub. Həmçinin apellyasiya, inzibati-iqtisadi və hərbi məhkəmələrin fəaliyyəti barədə müraciətlər də az deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
595 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...