“Məmurlar Prezidentdən nümunə götürməlidirlər” - Deputat İlham Məmmədov

“Məmurlar Prezidentdən nümunə götürməlidirlər”  -

“Daim xalqın yanında olmaq, onun çətinliklərini öyrənmək və problemlərin operativ həlli istiqamətində tədbirlər görmək Prezident İlham Əliyevin həyat tərzidir. Biz həmişə cənab Prezidentin xalqın yanında olduğuna şahidlik etmişik. Dövlət başçısı bu dəfə də problemlə yerində tanış olmaq və təbii fəlakətdən ziyan çəkmiş insanların çətinliklərinin operativ həlli üçün şəxsən özü zəlzələ bölgəsinə baş çəkdi. Bu, özü bir nümunədir”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov deyib.

Deputat qeyd edib ki, zəlzələ təbii fəlakətdir və bundan heç vaxt heç kim sığortalanmayıb:

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hadisədən zərər çəkmiş insanların, ümumilikdə xalqın yanında olduqlarını bir daha nümayiş etdirdilər. Heydər Əliyev Fondunun könüllüləri də hadisədən dərhal sonra zəlzələ bölgəsinə getdilər, insanlara yardım göstərdilər. Prezident İlham Əliyev Şamaxıya səfəri zamanı şəhər ictimaiyyəti ilə görüşən zaman deyib ki, bu zəlzələnin fəsadları tezliklə aradan qaldırılacaq. Bildiyimiz kimi, bir neçə il bundan əvvəl daşqın olmuşdu, minlərlə evi su basmışdı. Həmin təbii fəlakətin də nəticələri ölkə başçısının tapşırığına əsasən aradan qaldırılmışdı”.

İlham Məmmədov bildirib ki, İlham Əliyev 2003-cü ildə dövlət başçısıt seçildiyi ilk gündən deyib ki, o, hər bir azərbaycanlının prezidentidir və xalqın yanındadır:

“Hər zaman şahidi oluruq ki, cənab Prezident daim xalqın yanınadır və onların qayğıları ilə yaxından maraqlanır. Bu yaxınlarda ölkə rəhbərimizin şəhid ailələrimizlə, əlillərimizlə, məcburi köçkünlərimizlə bağlı görüşləri, hərəkətləri bunu sübut edir. Bu günlərdə də təbii fəlakətlə bağlı cənab Prezidentimizin operativ qaydada verdiyi göstərişlər, sərəncamlar, özünün Şamaxı şəhərinə səfəri, xalqın içində olması onu göstərir ki, ölkə başçımızın bütün fəaliyyəti, siyasəti insanlarımızın, vətəndaşlarımızın təhlükəsizliyinə, əmin-amanlığına, sosial durumunun, maddi-rifahının yaxşılaşmasına yönəlib. Bu bu gün də belədir və sabah da belə olacaq. Yəni cənab Prezidentimiz bu dediklərimizi özünün fəaliyyəti, hərəkətləri, əməlləri ilə sübut edib. Təbii ki, bütün xalqımız da bunu alqışlayır. Allah cənab prezidentimizi qorusun!”.

Deputat deyib ki, dövlət başçısı Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər əsas vəzifənin xalqa xidmət etmək olduğunu qeyd edir:
“Hesab edirəm ki, burada nümunə elə cənab Prezidentin özü və birinci vitse-prezident Mehriban Əliyevadır, onların apardığı uğurlu, məqsədyönlü siyasətdir. Məmurlar da, hər bir şəxs də bundan nümunə götürməlidirlər”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
69 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...