Nərimanovda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yubileyi qeyd edildi

Nərimanovda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yubileyi qeyd edildi

Nərimanov rayonunda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

13 fevral 2019-cu il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalındaAzərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun, Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyevin, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyevin, Rayon İcra HakimiyyətiBaşçısı Aparatının şöbə müdiri Firdovsi Calalovun, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzovun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin rəisi, polkovnik Qəşəm Mahmudovun və İdarənin əməkdaşlarının, Nərimanov Rayon Veteranlar Təşkilatının sədri Elşad Şabanovun, Nərimanov Rayon Ağsaqqallar Təşkilatının sədri Miri Həsənovun, şəhid Arif Vəliyevin anası Sona Vəliyevanın, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyevin, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat Xidmətinin rəhbəri, Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərovun, “Bakı Avrasiya” Universitetinin rektorluq mütəxəssisi Kamil Məhəmmədlinin,orta ümumtəhsil məktəblərinin gənclərin çağıraşagədərki hazırlıq fənninin rəhbərlərinin qatıldığı tədbirdə öncə torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəman, Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovAzərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümümünasibəti ilə səmimi təbriklərini bildirərək, şəxsi heyətə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ölkəmizin bütün sahələrdə daha da inkişafına, onun regionda və beynəlxalq arenada layiqli yer tutmasına təkan verən ordu quruculuğu siyasətinin banisinin xalqımızın Ümummilli Lideri Heydər Əliyev olduğunu deyən Ş.İbadov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yarandığı 7 il ərzində gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində və fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə böyük işlər gördüyünü, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəldiyini, ordu quruculuğuna və şəxsi heyətin hərbi xidmətə qədərki nizam-intizamının formalaşması işinə səmərəli töhfələr verdiyini vurğulayıb.

Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin rəisi, polkovnik Qəşəm Mahmudov Vətənə xidmət etməkdən qürur hissi duyduğunu bildirərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə özünün və şəxsi heyətin adından dərin təşəkkürünü ifadə edib. Q.Mahmudov xidmətin rayonda gənclərin həqiqi hərbi xidmətə hazırlanması istiqamətində görülmüş işlər barədə məlumat verərək, Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də xüsusi rolu olduğunu vurğulayıb, eyni zamanda qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəklərini bildirb.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Veteranlar Təşkilatının sədri Elşad Şabanov, Nərimanov Rayon Ağsaqqallar Təşkilatının sədri Miri Həsənovordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışıblar, həmçinin Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu vurğulayaraq, düşməndən qat-qat üstün olan ordumuzun doğma torpaqlarımızın keşiyində daim ayıq-sayıq dayandığına, hərb işinin sirlərinə mükəmməl yiyələndiklərinə, dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün möhkəm qorunduğuna və tezliklə işğal altında olan ərazilərimizin yağı düşməndən azad olunacağına əminlik ifadə ediblər.

Sonda xidmətdə fərqlənən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin əməkdaşlarına, həmçinin məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsində, onların ordu sıralarına hazırlanmasında, gənc nəslin fiziki-sağlam böyüməsində göstərdiyi xidmətləriolan orta ümumtəhsil məktəblərinin gənclərin şağırışagədərki hazırlıq fənninin rəhbərlərinə fəxri fərman və hədiyyələr təqdim edilib.

Nərimanovda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yubileyi qeyd edildi
Nərimanovda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yubileyi qeyd edildi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1196 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...