Millət vəkili Kamran Bayramov Daşkəsən rayonundan olan seçiciləri ilə görüş keçirdi

Millət vəkili Kamran Bayramov Daşkəsən rayonundan olan seçiciləri ilə görüş keçirdi


Bu gün 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsindən deputat seçilmiş Kamran Bayramov Daşkəsən rayonunun Aşağı Daşkəsən kəndində seçiciləri ilə növbəti görüşünü keçirib.

Görüşdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev, Rayon İcra Hakimiyyətinin məsul işçisi, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, kənd bələdiyyəsinin sədri də iştirak etmişlər.

Millət vəkili Kamran Bayramov əvvəlcə ölkədə və dünyada gedən proseslərdən, ölkə rəhbəri tərəfindən aparılan çox uğurlu daxili və xarici siyasətdən geniş söhbət açmışdır. O, öz çıxışında Prezident cənab İlham Əliyevin xarici və ölkədaxili səfərlərindən, imzalanan sərəncam və fərmanların əhəmiyyətindən, yeni istifadəyə verilən obyektlərin açılışlarından söhbət açmışdır.

Səmimi bir atmosferdə keçirilən görüşdə seçicilər kəndin içməli su problemi, məşğulluq, hüquqi yardım, sosial yönümlü məsələlərlə bağlı millət vəkili Kamran Bayramova müraciət ediblər.

Müraciətlərin həlli ilə bağlı qeydiyyatlar götürülmüş, aidiyyəti qurumlara şikayətlərin həlli ilə bağlı sorğular göndəriləcəyi vurğulanmışdır.


Millət vəkili Kamran Bayramov Daşkəsən rayonundan olan seçiciləri ilə görüş keçirdi
Millət vəkili Kamran Bayramov Daşkəsən rayonundan olan seçiciləri ilə görüş keçirdi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
744 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...