İcbari tibbi sığortaya dair yeni qaydalar hazırlanacaq - Novruz Məmmədov tapşırıq verdi

İcbari tibbi sığortaya dair yeni qaydalar hazırlanacaq -

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla icbari tibbi sığortada iştirak etmək hüququ olan tibb təchizatçıları və ya tibbi ərazi bölmələri üçün tələblər barədə təkliflərini altı ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

BakuPost-un məlumatına görə, bununla bağlı baş nazir Novruz Məmmədov müvafiq sərəncam imzalayıb.

Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla sığortaolunanların ilkin səhiyyə xidməti üzrə tibbi ərazi bölməsinə təhkimolunma qaydası barədə təkliflərini də altı ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
580 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...