Azərbaycana Türkiyədən gətirilən meyvə-tərəvəzlə vəba yayıla bilər

Azərbaycana Türkiyədən gətirilən meyvə-tərəvəzlə vəba yayıla bilər

Türkiyədən və Almaniyadan Rusiyaya daxil olan meyvə və tərəvəzlərdə (portağal, Naringi, qreypfrut, armud, limon, xiyar, alma və s.) parazitlik edən “Apocephalus paraponerae” növünə aid olan çoxzəhərli qozbel milçəklər aşkar edilir. Belə xəbərdarlıqla Rusiyada kənd təsərrüfatı məhsullarına nəzarəti həyata keçirən “Rosselxoznadzor” çıxış edib.

Virtualaz.org Dağıstan mənbələrinə istinadən xəbər verir ki, adı çəkilən həşərat həm insanlar, həm də heyvanlar üçün təhlükəlidir, belə ki, vəba xəstəliyini yayır. “Apocephalus paraponerae” növünə məxsus qozbel milçəklər və onların süfrələri meyvələrdə, tərəvəzdə, unda, pendirdə, balıqda və soyada aşkarlana bilər.

Bununla bağlı Dağıstan ərazisində müvafiq tədbirlərin həyata keçirildiyi bildirilir. Təsərrüfat subyektlərinin rəhbərləri ilə keçirilən görüşlərdə onlara sözügedən həşəratlar və onların törədə biləcəyi xəstəliklər barədə ətraflı məlumat verilir, məlumat vərəqələri paylanır.

Azərbaycana Türkiyədən gətirilən meyvə-tərəvəzlə vəba yayıla bilər


Son günlərdə təhlükəli qozbel milçəklər barədə informasiyanın əksini tapdığı plakatlar və reklam lövhələri yaşayış məntəqələrinin inzibati binalarının, uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və bazarların yaxınlığında quraşdırılıb.

Mahaçqala şəhərindən Azərbaycanla sərhədə qədər olan yolun kənarlarında sakinləri “Apocephalus paraponerae” növünə məxsus qozbel milçəklərdən qorunmağın vacibliyi barədə məlumatlandıran bilbordlar vurulub.

Belə bir hal aşkarlanan zaman sakinlərdən “Rosselxoznadzor”un Dağıstan üzrə idarəsinə zəng etmələri xahiş edilir.

Qeyd edək ki, Azərbaycana da Türkiyədən hər il portağal və digər subtropik meyvələr, o cümlədən tərəvəz idxal olunur. Hazırda Bakı bazarlarında Türkiyə istehsalı olan meyvə-tərəvəzə hər addımda rast gəlinir. Eləcə də bu mallar Azərbaycan üzərindən Rusiyaya daşınır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
588 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...