AAYDA-nin xüsusi texnikası Bakı-Şamaxı yolunda səfərbər olub - FOTOLAR

AAYDA-nin xüsusi texnikası Bakı-Şamaxı yolunda səfərbər olub -

Məlumat üçün bildirək ki, bu gün gecə saatlarından rayonlara yağmağa başlayan güclü qar əsasən magistral yollarda hərəkət edən sürücülər üçün çətinlik yaratmışdır. Belə ki, qarın yaşması, yolların buz bağlaması nəticəsində Bakı-Şamaxı yolunda gediş-gəlişi çətinləşdirib.

Bakı-Şamaxı magistral yoluna səfərbər olunmuş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçiləri və xüsusi texnikasının səhərədək gördükləri işlər nəticəsində buz bağlamış yollarda yaranmış çətin vəziyyət aradan qaldırılmış və avtomobillərin hər iki istiqamət üzrə hərəkət intensivliyi bərpa edilib.

AAYDA-nin 4 nömrəli “Magistral Yolların İstismarı” MMC-nın texniki təhlükəsizlik üzrə mühəndisi Məmməd Məmmədov Gundeminfo.az-a bildirib ki, hazırda da qar yağmasının davam etməsinə baxmayaraq AAYDA-nin xüsusi texnikası Bakı-Şamaxı istiqamətində avtomobillərin normal hərəkəti üçün bütün lazımi tədbirləri davam etdirirlər.

AAYDA-nin xüsusi texnikası Bakı-Şamaxı yolunda səfərbər olub -
AAYDA-nin xüsusi texnikası Bakı-Şamaxı yolunda səfərbər olub -
AAYDA-nin xüsusi texnikası Bakı-Şamaxı yolunda səfərbər olub -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
795 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...