Banka dollar kreditini ödəməyən vətəndaş həbs olundu- Eksklüziv

Banka dollar kreditini ödəməyən vətəndaş həbs olundu-

Goranboyda vətəndaş banka olan ABŞ valyutası ilə kredit borcunu ödəmədiyi üçün həbs edilib. Movqe.az-a bu barədə borca görə həbs olunan Goranboy rayonunun Boruslu kənd sakini Həsənov Mail Qələndər oğlunun yaxınları məlumat verib. Onlar bildiriblər ki, Mail Həsənov "Azərkredit" MMC-nin Goranboy rayon filialından 1500 ABŞ valyutası məbləğində kredit götürüb. Kreditin 5 ayını ödəsə də devalivasiyadan sonra ABŞ valyutasının məzənnəsi dəyişdiyindən borcunun yerdə qalanını ödəyə bilməyib. Buna görə "Azərkredit" MMC tərəfindən məhkəməyə verilən Mail Həsənov barəsində krediti ödəməsi barədə qərar qəbul edilsə də, o kredit borcu ABŞ valyutasının yeni məzənnəsi ilə hesablandığından borcunu ödəyə bilməyib. Mail Həsənov bu gün rayon icra məmuru tərəfindən həbs olunub. Amma vətəndaş həbsi barədə məhkəmə qərarının ona göstərilmədiyini iddia edir.

Banka dollar kreditini ödəməyən vətəndaş həbs olundu-

Movqe.az məsələni dəqiqləşdirmək məqsədilə Goranboy rayon İcra və probasiya şöbəsi ilə əlaqə saxlayıb. Şöbənin məsul şəxsi Rauf Cəfərov məhkəmənin həbs qəti imkan tədbiri olmadığı halda vətəndaşın həbsinin mümkünsüz olduğunu bildirib. Məhkəmə qərarını icra edən Goranboy rayon İcra və probasiya şöbəsinin Zaur adlı icra məmuru isə Movqe.az-a bildirib ki, sözügedən şəxsə bildiriş göndərilib və barəsində inzibati protokol tərtib edilib. O, qeyd edib ki, M. Həsənovun həbsi barədə məhkəmə tərəfindən verilmiş qərar icra edilib.
Qeyd edək ki, M. Həsənov 21 sutkalıq həbs cəzasına məhkum edilib.

Tanınmış hüquqşünas, ATV-nin "Qanunla Biz" verilişinin aparıcısı Zülfiyyə Bayramova isə Movqe.az-a açıqlamasında bildirib ki, məhkəmənin qətnaməsi qüvvəyə mindikdən sonra icra edilməsi üçün rayon icra və probosiya şöbəsinə göndərilir. Bu zaman icraçı məhkəməyə təqdimat verə, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən 40 sutkaya qədər həbs edilməsi üçün işi məhkəməyə göndərə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
634 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...