Tanınmış şirkət direktorunun evindən oğurluq edildi

Tanınmış şirkət direktorunun evindən oğurluq edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Gülər Piriyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

BakuPost Report-a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Dövlət ittihamçısı çıxışında onun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra zərərçəkmiş Vüsalə Bəşirova çıxış edib. O, təqsirləndirilən qadını təhqir edib. Hakim zərərçəkmişin sözünü kəsərək ona xəbərdarlıq edib.

G.Piriyeva son sözündə deyib ki, V.Bəşirovanın evindən qızıl üzük və 1000 dollar pul götürüb: "Düzdür, günahım var. Amma həmin pulu və üzüyü götürməyimə səbəb isə maaşımı ala bilməməyim olub. Çünki Vüsalə Bəşirova üç ay idi ki, maaşımı vermirdi. Pulu və üzüyü evə apardım ki, maaşımı ala bilim. İttihamla razı deyiləm".

Məhkəmənin hökmü ilə G.Piriyeva 6 il müddətinə azadlıqdan məhrum olunub.

İttiham aktına əsasən, G.Piriyeva Vüsalə Bəşirovanının Bakıda yerləşən evində xadimə kimi çalışıb. O, işlədiyi dövürdə ev sahibinin mənzilindən 56 min manatlıq oğurluq edib.

V.Bəşirovanın hüquq-mühafizə orqanları əməkdaşlarına şikayəti əsasında saxlanılan G.Piriyeva barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Xatırladaq ki, zərərçəkmiş V.Bəşirova "Mətanət-A” şirkətinin prezidenti Elxan Bəşirovun həyat yoldaşıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
510 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...