Azərbaycandan 12 ölkəyə axtarış itləri göndərilib: birinin qiyməti 15 min avrodur

Azərbaycandan 12 ölkəyə axtarış itləri göndərilib:

Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzi 12 ölkəyə xidməti axtarış itləri göndərib. Gundeminfo.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin rəisi İlkin Osmanov deyib. İ.Osmanov bildirib ki, Kinoloji Mərkəzdə hazırda 60 baş xidməti axtarış iti var:

"Bir xidməti itin, misal üçün, alman çoban itinin saxlanma xərci bir ilə 1000-2000 manat arasında dəyişir. Əlbəttə, bu, qida rasionundan asılıdır. Normalda bir xidməti itin Avropada satışı isə 10-15 min avro arasında dəyişir". O qeyd edib ki, indiyədək Kinoloji Mərkəz 12 ölkəyə, o cümlədən Makedoniya, Gürcüstan və Seneqala xidməti axtarış itləri göndərib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
531 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...