Elan saytlarında bir dollarlıq əsginaslar 20 min manata satışa çıxarıldı - VİDEO

Elan saytlarında bir dollarlıq əsginaslar 20 min manata satışa çıxarıldı -
Son günlər bir dollarlıq əsginaslar elan saytlarında kütləvi satışa çıxarılıb.

Xezerxeber.az-ın məlumatına görə, müxtəlif illərdə dövriyyəyə buraxılan əsginasların dəyəri 100-20 min manat arasında dəyişir.

İddialara görə, sözügedən əsginasların kütləvi satışa çıxarılmasına səbəb məşhur iş adamı İlon Maskın “Twitter”dəki paylaşımı olub. O, 2013-cü ildə tədavülə buraxılmış bir dolları məşhur kriptovalyuta olan “Bitcoin”lə dəyişəcəyini bildirib.

Elan saytları vasitəsilə bir dollarlıq əsginaslarını satışa çıxaran bir neçə nəfərdən bunun səbəbini soruşduq.

Bir dollarlıq əsginası alan şəxslərlə əlaqə saxlamağa çalışsaq da, buna nail ola bilmədik.

Məsələni şərh edən iqtisadçı-ekspert Eldəniz Əmirov deyib ki, bu tendensiyanın heç bir iqtisadi əsası yoxdur.

Ekspert hesab edir ki, bir dollarlıq əsginas az olduğundan bəzi iş adamları buna simvolik dəyər verirlər.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1216 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...