Süleyman Mikayılov səyyar qəbul keçirdi

Süleyman Mikayılov səyyar qəbul keçirdi
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Ümid qəsəbəsində səyyar qəbulu keçirilmişdir.

Gundeminfo.az xəbər verir ki, 07 oktyabr 2022-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının Ümid qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
Qəbulda Ümid qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Sakinləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilmişdir.

Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.
Süleyman Mikayılov səyyar qəbul keçirdi
Süleyman Mikayılov səyyar qəbul keçirdi
Süleyman Mikayılov səyyar qəbul keçirdi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
604 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...