“Azәrbaycana qarşı heç bir kampaniya yoxdur”

“Azәrbaycana qarşı heç bir kampaniya yoxdur”

Dirk Şubel: “Avropa Komissiyasının fikirlәrin ifadә olunmasını dәstәklәmәsi həmin fikirlәrin tәrәfindә olması demәk deyil”

Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin “Şərq tərəfdaşlığı” ölkələri ilə əlaqələr Departamentinin rəhbəri, almaniyalı diplomat Dirk Şubelin (Dirk Schuebel) APA-ya müsahibəsi

- Avropa institutlarının dәstәyi ilә bәzi qeyri-hökumət təşkilatları tәrәfindәn Azәrbaycana qarşı onun hәmişә yüksәk qiymәtlәndirildiyi enerji, tolerantlıq, multikulturalizm, idman kimi sahәlәrlә bağlı hücumlar müşahidә edirik. Avropa İttifaqı Xarici Әlaqәlәr Xidmәtinin bununla bağlı mövqeyi necәdir?

- Avropa institutlarının dәstәyi ilә Azәrbaycana qarşı aparılan heç bir kampaniya yoxdur. Avropa İttifaqı qarşılıqlı fayda әldә etmәk şәklindә Azәrbaycanla әlaqәlәri inkişaf etdirmәkdә maraqlıdır. Bu, birinci növbәdә bizim enerji sahәsindә çox uğurlu әmәkdaşlığımızla bağlıdır ki, bunun bir neçә ildә Cәnub Qaz Dәhlizinin açılışı ilә әn yüksәk hәddә çatacağına ümid edirik. Azәrbaycan vә beynәlxalq Avropa şirkәtlәri tәrәfindәn bu layihәnin baş tutması üçün ciddi investisiya qoyulur. Mobillik sahәsi bizim müsbәt әmәkdaşlığımızın digәr nümunәsidir. Hәm viza sadәlәşdirilmәsi, hәm dә readmissiya sazişi vә Mobillik Tәrәfdaşlığı uğurlu şәkildә hәyata keçirilib vә qısa müddәtlu sәfәrlәrin yüngüllәşmәsini, hәr iki tәrәfdә qanuni miqrasiyanın asanlaşmasını tәmin edib.

Aİ hәr iki tәrәfin götürdüyü öhdәliklәrә, o cümlәdәn әsasında tolerantlıq vә müxtәlifliyә hörmәtin dayandığı insan haqları vә fundamental azadlıqlara xüsusi önәm verir. Aİ hәmçinin “Tәrәfdaşlıq vә әmәkdaşlıq razılaşması” vә “Şәrq tәrәfdaşlığı” fәaliyyәt planı çәrçivәsindә Azәrbaycanla dialoqun tәrәfindәdir vә ümumi narahatlıq doğuran bütün sahәlәrdә, o cümlәdәn insan haqları sahәsindә dialoqun aparılmasını gözlәyir. Biz inanırıq ki, yalnız dialoq vasitәsilә qarşılıqlı münasibәtlәrdә etimad vә inam әldә edә bilәrik.

- 2015-ci il mayın 5-dә Avropa Parlamentinin bəzi üzvlәri vә QHT-lәr "No TAP" vә "Platform One" hәrәkatları da daxil olmaqla, Cәnub Qaz Dәhlizinin әleyhinә müzakirәlәr keçirib. Tәşkilatçılar tәdbirin Avropa Komissiyasının maliyyә dәstәyi ilә keçirildiyini bәyan ediblәr. Ötәn ilin sentyabrında Romada keçirilәn "Anti TAP" görüşünün dә Aİ tәrәfindәn maliyyәlәşdirildiyi deyilib. Komissiyanın bu layihәlәrlә bağlı real mövqeyi nәdir vә o, Azәrbaycanın Avropanın enerji tәminatçısı kimi rolunu necә qiymәtlәndirir?


- Daha әvvәl dә qeyd edildiyi kimi, Aİ prioritet layihә kimi Cәnubi Qaz Dәhlizinin hәyata keçirilmәsini dәstәklәyir. Aİ bu dәstәyi yüksәk sәviyyәli dialoq vә iştirakçı dövlәtlәrlә hökumәtlәrarası görüşlәr keçirmәklә vә layihәnin şirkәtlәri ilә sıx әlaqәlәr qurmaqla ifadә edir. Azәrbaycanın gәlәcәkdә Avropanın enerji tәminatçısı kimi rolu yüksәk qiymәtlәndirilir vә enerji tәminatının diversifikasiyası vә tәhlükәsizliyi üçün çox vacibdir. Tәbii olaraq bir sira nәhәng layihәlәr kimi, Cәnib Qaz Dәhlizinin bir hissәsi olan Trans Adriatik boru kәmәri layihәsi də geniş müzakirә olunur. Aİ açıq vә pluralist cәmiyyәtlәr tәşkilatı olaraq fikir azadlıqlarına hörmәtlә yanaşır. Avropa Komissiyasının bu fikirlәrin ifadә olunmasını dәstәklәmәsi bu fikirlәrin tәrәfindә olduğu demәk deyil.

- 2015-ci il mayın 5-dә Avropa Parlamentindә bәzi siyasi qruplar Azәrbaycanla bağlı başqa bir tәdbir tәşkil ediblәr. Bu dәfə mövzu ölkәdә yaşayan azlıqların nümayәndәlәri iştirak etmәdәn azlıqlar mәsәlәsinә hәsr olunub. Aİ Xarici Әlaqәlәr Komitәsi Azәrbaycanın regionda multi-etnik, multi-mәdәni, tolerant cәmiyyәt kimi rolu barәdә nә düşünür?

- Multi-mәdәni, multi-etnik cәmiyyәtlәrin inkişaf etdirilmәsi bütün ölkәlәrdә sülh, tәhlükәsizlik vә tәrәqqiyә vacib töhfәdir. Fikir vә toplaşma azadlığının tәmin olunması Azәrbaycanın multi-etnik vә multi-mәdәni xüsusiyyәtinin qorunması üçün vacib töhfә ola bilәr.

- Azәrbaycanda 12-28 iyun tarixlәrindә keçirilәcәk ilk Avropa Oyunları әrәfәsindә Avropa institutları tәrәfindәn müxtәlif mövzulu tәdbirlәr keçirilib vә bu tәdbirlәr Avropa Oyunlarının әleyhinә yönәlib. Digәr tәrәfdәn, Aİ tәrәfindәn ilk dәfә Azәrbaycanda keçirilәcәk Avropa Oyunları ilә bağlı rәsmi bәyanat yoxdur. Bu mәsәlә ilә bağlı Aİ Xarici Әlaqәlәri Xidmәtinin rәsmi mövqeyi nәdir? Aİ Azәrbaycanı tәk neft vә qaz sahәsindә deyil, hәmçinin insanların, turistlәrin, idmançıların sülh şәklindә әmәkdaşlıq etmәsinә şәrait yaratmaq sahәsindә dә dәstәklәyirmi?

- Avropa Oyunları bu bölgədә keçirilәn ilk tәdbirdir. Yüksәk sәviyyәli bu kimi tәdbirlәrin keçirilmәsi müxtәlif cәmiyyәtlәrdәn olan insanların görüşmәsinә şәrait yaradır. Bu, hәmçinin tәdbiri keçirәn ölkәnin nüfuzunu artırır. Bu nüfuz tәbii olaraq iştirakçı ölkәlәrdә Azәrbaycan vә onun siyasәti ilә bağlı ictimai müzakirәlәri artırır. Bu, pluralist cәmiyyәtin tәbii tәrәfidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1464 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...