Avropa Şurasının baş katibi Bakıda yaşayış binasında yanğınla bağlı başsağlığı verib

Avropa Şurasının baş katibi Bakıda yaşayış binasında yanğınla bağlı başsağlığı verib

“Bakıda hündürmərtəbəli yaşayış binasında baş vermiş dəhşətli yanğınla bağlı məlumat almışıq. Bu faciə zamanı həyatını itirən şəxslərin yaxınlarına başsağlığı verirəm”.

APA-nın məlumatına görə, bunu Avropa Şurasının baş katibi Tyorbörn Yaqland özünün “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, Brüsseldə Avropa Şurasının Nazirlər Komitəsinin iclası keçirilir. İclasda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1489 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...