Avropa İttifaqı Şurasının prezidenti də Bakıya zəng etdi

Avropa İttifaqı Şurasının prezidenti də Bakıya zəng etdi

Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

ANS PRESS-in prezidentin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, Donald Tusk Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib.

Prezident başsağlığına və göstərilən diqqətə görə minnətdarlığını bildirib. Telefon söhbəti zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri ilə bağlı məsələlər müzakirə edilmişdir. Möhkəm təməllər üzərində qurulmuş bu əlaqələrin hazırda siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdirilməsi məmnunluqla qeyd olunub. Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının gələcək perspektivləri ətrafında da fikir mübadiləsi aparıblar.

Dövlətimizin başçısı Donald Tusku ölkəmizə rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul edilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1367 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...