“Onlar işdən azad ediləcək və ağır cəzalandırılacaq” – Siyavuş Novruzov

“Onlar işdən azad ediləcək və ağır cəzalandırılacaq” –

Xəbər verildiyi kimi, Bakının Binəqədi rayonunda 16 mərtəbəli binadakı yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək bu faciənin baş verməsində təqsirli bilinən şəxslər barədə cinayət işinin qaldırılacağını və onların ciddi şəkildə cəzalandırılacağını deyib. Bu bəyanatdan sonra mediada cəzalanacaq şəxslərin içərisində bir neçə iri ranqlı məmurun da olacağı barədə məlumatlar yayılıb.

Azərbaycan Milli Məclisinin üzvü, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov da hesab edir ki, günahkarların cəxalanması qaçılmaz olacaq. O,deyib ki, Prezidentin məmurlar qarşısında qoyduğu vəzifə ondan ibarətdir ki, hər bir insan xalq üçün, millət üçün işləməlidir:“Qurulan və yaradılan hər şey – parklar, yollar, körpülər, xəstəxanalar və məktəblər Azərbaycan vətəndaşı üçündür. İnsan bir vəzifəyə ona görə təyin olunur ki, vətəndaşlara və insanlara xidmət etsin. Bu baxımdan kim səhvlərə yol verəcəksə, vətəndaşa öz xidmətini göstərməyəcəksə, cəzalandırılacaq. O cümlədən qanunu pozan, qeyri-qanuni hallara yol verən hər bir məmur məsuliyyətə cəlb olunacaq və işindən azad ediləcək. Baş verən yanğın böyük faciəyə səbəb oldu, bu olay hamımızı sarsıtdı. Ölkə rəhbərliyi dərhal hadisəni nəzarətinə götürdü, lazımı tapşırıqlarını verdi. İndi həmin tapşırıqlar yerinə yetirilir. Tapşırıqlarından biri da və deyərdim ən əsası bu işdə günahı olanların tez bir zamanda müəyyənləşdirilməsi və cəzalandırılmasıdır”.

Siyavuş Novruzov vurğulayıb ki, dövlət əmlakını və vəsaitlərini mənimsəyən, qanunsuz tikinti işləri aparan şəxslər barəsində də ölçü götürüləcək:“Qeyri-qanuni yollarla tikinti işlərinin aparılması, icazəsiz tikintilərə razılıq verilməsi, dövlət əmlakının və vəsaitlərinin mənimsənilməsi zamanı cinayət törədən şəxslər haqqında da ölçü götürüləcək. Cənab Prezidentimiz çox sərt danışıb, bütün aidiyyəti qurumlara xəbərdarlıq edib. Yəqin ki, yaxın günlərdə günahkarların cəzalanması prosesini izləyəcəyik”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1346 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...