Xanım deputat narazılıq etdi: "Bu nə deməkdir?"

Xanım deputat narazılıq etdi:


“Bu gün banka kredit borcu olan şəxslərə şəxsiyyət vəsiqələrinin verilməməsi halları mövcuddur”.

AzVision.az-ın məlumatına görə, bu barədə millət vəkili Sədaqət Vəliyeva Milli Məclisin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı deyib.

Deputat bu barədə vətəndaşlardan şikayətlər aldığını deyib: “Məhkəmələr qərar çıxarır ki, banklara borcu olanlara şəxsiyyət vəsiqələri verilməsin. Bu nə deməkdir? Axı şəxsiyyət vəsiqəsi olmayan insan necə iş tapa bilər və banka olan borcunu ödəyə bilər? Hesab edirəm ki, belə hallara son qoyulmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
941 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...