İntiqam Əliyev barəsində məhkəmə qərarı qüvvəsində qaldı
Bu gün Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə həbsdə olan hüquq müdafiəçisi, “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin sədri İntiqam Əliyevin kassasiya şikayəti üzrə məhkəmə prosesi keçilib. Kassasiya şikayəti təmin olunmayıb. Bu barədə virtualaz.org saytına vəkil Cavad Cavadov məlumat verib.
Qeyd edək ki, İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apelyasiya Məhkəməsi 2015-ci il iyulun 21-də İntiqam Əliyevin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən şikayətini təmin etməyib. Vəkil Cavad Cavadov isə məhkəmə hökmünün dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.Vəkil İntiqam Əliyevə bəraət verilməsini istəyib.
853 dəfə oxundu