Ceyms Uorlik Xocalı faciəsi ilə bağlı anım tədbirinə qatılacaq

Ceyms Uorlik Xocalı faciəsi ilə bağlı anım tədbirinə qatılacaq


ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Xocalı faciəsi ilə bağlı anım tədbirinə qatılacaq. Bu barədə APA-ya açıqlama verən həmsədr Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş faciələrin qurbanlarını yad etmək istədiyini bildirib: "Biz ümid edirik ki, münaqişənin hal-hazırda da artmaqda davam edən qurbanları, xüsusən də, onlar arasında günahsız insanların olması, prezidentlərin diqqətini münaqişənin sülh yolu ilə həllinin zərurətinə yönəltməyə kömək edəcək. ATƏT-in Minsk qrupunun həmsədri kimi, mən sülhə nail olmaq üçün öz fransalı və rusiyalı həmkarımla və tərəflərlə işləməyə hazıram. Artıq sülh vaxtıdır".


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
885 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...