Azay Quliyev: "Bu fəaliyyət birbaşa təhdid xarakteri daşıyır"

Azay Quliyev: "Bu fəaliyyət birbaşa təhdid xarakteri daşıyır"


“Münaqişə tərəfləri arasında etimad tədbirlərini gücləndirmək üçün münaqişənin həllində bir qədər irəliləyiş əldə etmək lazımdır”.

Bunu Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev Siyasi məsələlər və təhlükəsizlik komitəsinin məruzəçisi Marqareta Sederfeltin məruzəsi ilə əlaqədar fikir bildirərkən deyib. O, məruzəçinin sənəddə Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında sülhyaradıcı tədbirlərin artırılmasının vacibliyini qeyd etməsini dəstəkləyib (APA).


A.Quliyev münaqişə tərəflərini BMT, ATƏT PA və digər müvafiq beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən beynəlxalq sənədlərin həyata keçirilməsinə çağırmağın vacibliyini də vurğulayıb: “Üçüncü vacib məsələ isə qeyri-qanuni məskunlaşma ilə bağlıdır. Bu fəaliyyət birbaşa təhdid xarakteri daşıyır, çünki bununla bölgənin demoqrafiyasının süni şəkildə dəyişdirilməsi baş verir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
919 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...