Sərdar Cəlaloğlu İlhamə Quliyevadan danışdı

Sərdar Cəlaloğlu İlhamə Quliyevadan danışdı


ADP sədri Sərdar Cəlaloğlu xalq artisti İlhamə Quliyevanın ölümü ilə bağlı “Yeni Müsavat”a danışıb. Siyasətçi müğənninin ölümünün arxasınca danışanlara bu cür münasibət bildirib:

“Fəlsəfədə belə bir məşhur söz var: “Ölülər haqqında ya yaxşı danış, ya da sus!” Niyə? Çünki Quranda da var, Allah deyir ki, “kimin axirətdə mükafat, kimin cəza alacağını məndən başqa heç kim bilə bilməz”. İnsanlar bu gün ölən insanlar haqda lənət və ya rəhmət oxuyurlarsa Allaha şərik qoşmuş kimi olurlar. Bəlkə də o insanın Allah qarşısında elə gizli əməlləri, xeyir işləri var ki, axirətdə ən yuxarı piləsində olacaq. Bu baxımdan adamların cənnətə və ya cəhənnəmə düşməsi ilə bağlı dəqiq fikir deyə bilmərik.

Məhəmməd peyğəmbər (s.ə) deyir ki, “əgər kimisə dəfnində hər kəs deyirsə ki, ölən adam yaxşı adamdır, bilin ki, o cənnnətə gedəcək, yox əgər pis adam kimi haqqında lənətlər oxunursa, deyilirsə ki, canımız bundan qurtardı, bilin ki, o cəhənnəmə gedəcək”.

Əgər İlhamə Quliyeva yetimlərə əl uzadıbsa, xaricdə oxuyanlara kömək edibsə, hansısa yolda qalan bir yolçuya yardım edibsə, halal qazandığı puldan məscidlərin təmirinə, abadlaşmasına sərf edibsə, Quranın, dini kitabların çap olunmasına çalışıbsa təbii ki, cənnətə gedəcək. Yox əgər, işi peşəsi onu- bunu şantaj edib pul yığmaq, sərvətini artırmaq, yetimin boğazından kəsib, kimisə nahaqdan həbsə saldırmaq, kiməsə zülm etməkdən ibarət olubsa, zalimlərdəndirsə, təbii ki, o cənnət üzü görə bilməz” .

Bu gün İlhamə Quliyevanın simasında bir çox şair və yazıçıların, ziyalıların nüfuzdan düşməsinin şahidi oluruq. Buna səbəb Azərbaycandakı hazırki rejim, vəziyyətdir”. Xatırladaq ki, xalq artisti, müğənni İlhamə Quliyeva ötən gün trombdan (qan damarının tutulması) səbəbi ilə 73 yaşında dünyasını dəyişib. Müğənni II Fəxri Xiyabanda, anası Tükəzban İsmayılovanın yanında dəfn edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1171 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...