Avropa Birliyinin səfiri prezidentlə görüşdü

Avropa Birliyinin səfiri prezidentlə görüşdü


Prezident İlham Əliyev Avropa Birliyinin Bakıda səfərdə olan Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber-in rəhbərliyi ilə nümayəndə heyətini qəbul edib.

Prezidentin saytı xəbər verir ki, H.Salber Avropa Komissiyasının vitse-prezidenti Federica Mogherini-nin Azərbaycana səfərindən sonra əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların açıldığını deyib. O bildirib ki, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin nizama salınması işinə öz töhfəsini verə bilər.

Azərbaycan ilə Avropa Birliyi arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edən İlham Əliyev isə gələcək tərəfdaşlığın yaxşı perspektivlər vəd etdiyini deyib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Azərbaycan ilə Avropa Birliyi arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. H.Salber-in başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycanda başqa rəsmi görüşləri də gözlənilir ("Azadlıq" radiosu).



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
900 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...