Deputat Söyün Sadıqovu təhqir etdi - "üstündən qalxanda deyir mən bakirəyəm"

Deputat Söyün Sadıqovu təhqir etdi -

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə 2015-ci ilin parlament seçkiləri öncəsi azərbaycanlı oliqarx Söyün Sadıqovdan 1 milyon dollar pul istəməsi barədə ittihamlara cavab verib.
Araz Əlizadə "Ölkə.Az"-a açıqlamasında bildirib ki, Söyün Sadıqovun bu cür iddiaları tamamilə cəfəng və yalandır:

"Söyün Sadıqovun dedikləri tamamilə yalandır. Mən onunla ömrümdə iki dəfə görüşməmişəm. Söyün Sadıqovun sifətini ömrümdə cəmi bir dəfə görmüşəm. Bu da Azərbaycan və erməni icmaları Moskvada görüşən zaman olub. Həmin vaxtı Söyün Sadıqov deyirdi ki, ermənilər bizim qardaşımızdır, ölənədək ermənilərlə bir yerdə olacağıq və sairə. Söyün Sadıqovun yalan danışdığını ifşa edən əsas məqam odur ki, mən 2013-cü ildən bəri Moskvada olmamışam. Mənim cəmi bir nəfər Vaqif adında tanışım var, o da iş adamı deyil, əlildir. Bu adam indi mənə şər atır. Ataların gözəl misalı var: "üstündən qalxanda deyir mən bakirəyəm".

İndi Söyün Sadıqov da bu tip adamdır. Mən heç zaman heç kəsə pul üçün ağız açmaram. Yalan elə formada olmalıdır ki, gərək ona kimsə inansın. Söyün Sadıqovun iddiasına görə, guya mən tanımadığım adamla görüşürəm və ondan 1 milyon pul istəyirəm. Axı nə üçün istəməliyəm? 2015-ci ilin parlament seçkilərinə 1500 manat pul xərcləmişəm. 2013-cü ilin prezident seçkilərində 8-9 min manat, 2018-ci ildə isə 12 min pul xərcləmişəm. Adam o zaman bu qədər böyük pulu xərcləyər ki, əvvəlcədən real qalib gəlmək şanslarının olduğunu bilər. Digər tərəfdən isə kim deyir ki, Söyün Sadıqovun milyonu var? İnanmıram ki, onun 1 milyon pulu olsun. 2012-ci ildə "milyonerlər ittifaqı" yaradılan zaman mən bildirdim ki, burada təmsil olunan adamların hamısını milyoner adlandırmayın. Onların arasında Vahid Ələkbərov, Araz Ağalarov, Abbas Abbasov milyonerdir. Daha Söyün Sadıqov yox! Əgər doğrudan da Söyün Sadıqovun milyonu varsa, gedib qatıq alıb başına çəksin. Çünki ağızının danışığını bilmir".

Deputat deyib ki, hələ "milyonerlər ittifaqı" məsələsi ortaya atılan zaman Söyün Sadıqova qarşı açıq tənqidi çıxışlar edib:

"Necə olur ki, mən Söyün Sadıqovu bu qədər tənqid edirəm, sonra da gedib ondan 1 milyon pul istəyirəm? Bu inandırı deyil. Mən ömrümdə heç zaman kimdənsə pul dilənməmişəm".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
737 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...