Ceyhun Osmanlı: “İncimirəm, ..siyasətdə olmayacam”

Ceyhun Osmanlı: “İncimirəm, ..siyasətdə olmayacam”


Qarşıdan gələn parlament seçkilərində iştirak üçün yenidən namizədliyini irəli sürməyən deputat Ceyhun Osmanlı bundan sonrakı planları bağlı fikirlərini Modern.az saytına açıqlayıb

O, qeyd edib ki, bundan sonra da hansı sahədə fəaliyyət göstərməyindən asılı olmayaraq, məqsədi həmişə Heydər Əliyev siyasətinə, Azərbaycan dövlətinə və ümumilikdə ölkənin inkişafına dəstək vermək olacaq.

“Yəni dünyanın harasında fəaliyyət göstərəcəyimdən asılı olmayaraq, ömrümün sonuna kimi bu siyasətə sadiq qalacam və harada olmağımdan asılı olmayaraq mütləq şəkildə, birbaşa və dolayısı ilə Azərbaycanla bağlı olacam.

Demək istəyirəm ki, Milli Məclisə keçirilən ötən seçkilərə öz təşəbbüsümlə qatılmışdım. Bu dəfə də öz təşəbbüsümlə namizədliyimi irəli sürmədim.
Yəni hər hansı bir siyahıdan kənar qalmamışam. Heç vaxt siyahı ilə namizədliyim təqdim olunmayıb, çünki heç bir partiyanın üzvü olmamışam və indi də deyiləm. Bu dəfə seçkilərə qatılmamağımın çox sadə səbəbi var, növbəti 5 il üçün millət vəkili olmaq istəmədim”.

C.Osmanlı fəaliyyətini daha çox siyasətdən kənar qurmaq istədiyini vurğulayıb. Dediyinə görə, ona daha çox özəl sektordan təkliflər gəlir.

“Yəqin ki, bundan sonra siyasətlə məşğul olmayacam. Biznes sahəsinə üstünlük verəcəm”.

“Azərbaycan gedəcəksiniz, yoxsa burada qalacaqsınlız” sualına, C.Osmanlı “biznes anlayışı qlobaldır” deyə cavab verməklə xaricdə də ola biləcəyini istisna etməyib:

“Azərbaycanda hər hansı məhsul dünyaya satılmaq üçün istehsal edilir. Biznes qlobal məkandır. Fəaliyyətimlə bağlı 50-dən çox ölkədə olmuşam və yüzlərlə beynəlxalq tədbirdə Azərbaycanı təbliğ etmişəm. Latın Amerikasından tutmuş bütün Avropa və Şərq ölkələrinə qədər beynəlxalq təcrübəm var. Təbii olaraq bir çox dostlrımız da yaxşı bilir ki, beynəlxalq təcrübəm zəngindir, bir neçə xarici dil bilirəm. Müasir biznes güclü kontaktlar üzərində inkişaf edir və mənim o kontanktlarım var. Bu nöqteyi-nəzərdən XXI əsrdə kadr işi axtarmır, iş kadrı axtarır.
Ona görə də təkliflər çoxdur. Ancaq bu, bir günlük qərar deyil ki, bu gün qətiləşdirim, sabah işə başlayım. Burada ailə məsələsi var, 3 oğlum var, onların təhsili məsələləri, valideynlər nəzərə alınmalıdır”.

Ceyhun Osmanlı onu da deyib ki, bu gün bəzi insanların vəzifədən uzaqlaşdırıldıqdan sonra və ya bir dəfə deputat olub sonra seçilmədiklərinə görə dövlətdən incimələrinə təəssüflənir.

“Bəzən insanlar bir yerə vəzifəyə təyin olunurlar, çıxarılanda dövlətdən inciyir, bir dəfə millət vəkili olurlar, ikinci dəfə seçilməyəndə hakimiyyətdən inciyirlər. Mən şəxsən buna qarşıyam . Çünki dövlət mənim üçün valideyndir. Bu valideyn bizi yetişdirir. Təbii olaraq hər birimiz istəyərik ki, valideyn hər zaman yanımızda olsun. Amma valideyn yaşlaşa da bilir, bəzən imkanı olmur kömək etsin və ya səni sərbəst buraxır. Bir dəfə millət vəkili seçiləndə dövlət yaxşı olur, seçilməyəndə pis? Bu, qəbuledilməzdir. Mənim üçün Azərbaycan dövləti həmişə yaxşıdır və hesab edirəm ki, ona hər zaman borcluyam ki, məni yetişdirib”.

Deputat konkret olaraq bundan sonra fəaliyyətini daha çox biznes və diplomatiya sahəsində qurmaq istədiyini qeyd edib.

“Təkliflərin içərəsindən onu seçməyə çalışıram ki, o işin bir ucunda məhz Azərbaycan dövlətinə xidmət etmək dursun. Bu həm biznes, həm diplomatik sahə ilə bağlı ola bilər. Gələcəyimi həm biznes, həm diplomatiya, yəni bu ikisinin sinerjisi içərisində görürəm. Hesab edirəm ki, təcrübəm və biliklərim bu iki sahədə daha güclüdür. Həm də bu, bir növ mənəvi borcumdur ki, Qarabağ həqiqətləri ilə bağlı işlərimi davam etdirim. Bir neçə kitab çap etmişik, yeni kitablar və filmlərin üzərində işləyirəm. Hazırda fransız və infgilis dillərində Qarabağ həqiqətləri ilə bağlı yeni nəşr hazırlayırıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1129 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...