Türk Dövlətləri Təşkilatı: Regionun yeni iqtisadi xəritəsi cızılır (ŞƏRH)

Türk Dövlətləri Təşkilatı: Regionun yeni iqtisadi xəritəsi cızılır
"Bu, daha ünvanlı və qarşılıqlı fayda əsasında qurulan bir əməkdaşlıq formatıdır”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsinin iqtisadi baxımdan hansı üstünlüklərə malik olduğunu şərh edərkən deyib.

Deputat hesab edir ki, regionun yeni iqtisadi xəritəsi çızılmaqdadır:

"Əvvala institutsional baxımdan şura ilə müqayisədə təşkilat daha çox sistemləşdirilmiş idarəetməyə malik olan qurumdur. Belə ki, beynəlxalq praktikada şuralar adətən liderlərin, hökumət başçılarının (məsələn, dövlət başçılarının şurası və s.) və ya müəyyən kateqoriya insanların cəmləşdiyi (məsələn, tələbə şurası, şəhər şurası və s.) komitələr kimi fəaliyyət göstərir. Təşkilat isə daha keyfiyyətli idarəetmə forması hesab olunur.

İkincisi, təşkilat daxilində iqtisadi və ticari əməkdaşlığı daha sistemli şəkildə əlaqələndirməsi mümkündür. 1.2 tirlyon nominal ÜDM-ə malik olan Türk dünyası yeni regional əməkdaşlıq modelidir. Bu baxımdan, kifayət qədər geniş və strateji baxımdan vacib hesab olunan coğrafiyada təşkilat çərçivəsində daha ünvanlı və sistemli əməkdaşlıq mümkündür.

Üçüncüsü, bu formatda əməkdaşlıq ölkələr arasında daha liberal ticarət rejimlərinin formalaşmasına imkan yaradacaq. Azərbaycan və Mərkəzi Asiyada yerləşən Türk dövlətləri MDB çərçivəsində qarşılıqlı ticari rejimi artıq formalaşdırıblar. Türkiyə ilə Azərbaycan arasında imzalanan preferensial ticarət sazişi bu ilin martında qüvvəyə minib. Türkiyə Özbəkistan ilə oxşar sazişi imzalamaq mərhələsindədir. Bu isə ondan xəbər verir ki, Türk dünyasında növbəti illərdə iqtisadi əlaqələr daha da dərinləşəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
615 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...