Şaxtalı havada evsizlər hara müraciət edə bilər? - Rəsmi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov Axar.az-a bildirib ki, hazırda sığınacaqda 46 kişi və 32 qadın olmaqla, ümumilikdə 78 nəfər yaşayır.
“Müəssisəyə qəbul olunan şəxslər 6 ay müddətində yemək, yaşayış yeri və geyimlə təmin edilir. Həmçinin sosial reabilitasiya xidmətləri də göstərilir. Çətin vəziyyətə düşən hər kəs qanunvericiliyə uyğun şəkildə müəssisənin xidmətlərindən yararlana bilər”, - o qeyd edib.
Evsiz insanlar necə müraciət edə bilər?
Evsiz insanlar və ya onların yaxınları aşağıdakı yollarla sığınacağa qəbul üçün müraciət edə bilərlər:
- Şəxsin özü və ya qanuni nümayəndəsi tərəfindən;
- Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyələrin göndərişi ilə;
- DOST mərkəzləri və Sosial Xidmətlər Agentliyinin yerli qurumları vasitəsilə;
- Qaynar xətt və Vatsap nömrələri ilə:
- (012) 525 41 30 (qaynar xətt)
- (050) 525 41 30 (Vatsap).
Əgər küçədə yaşayan və yardıma ehtiyacı olan birini görsəniz, yuxarıda göstərilən əlaqə vasitələri ilə məlumat verə bilərsiniz.
51 dəfə oxundu