“Atamın dili tutulub, məni belə tanımır” - Ənvər Həsənovun qızı

“Atamın dili tutulub, məni belə tanımır” -
İnsult keçirən Xalq artisti Ənvər Həsənovun dili tutulub.

Bu barədə sənətçinin qızı Aytən Həsənova RTV-yə açıqlamasında bildirib:

Tələs, bitmədən sən də al. Fürsətlər tükənmədən tətbiqə gəl!

"Atam hazırda reanimasiyadadır. Müsbətə doğru dəyişiklik yoxdur. Kəskin insult keçirib, ağır vəziyyətdədir. Özünü idarə edə bilmir. Danışığı yoxdur, dili tutulub. Tanıma qabiliyyəti də yoxdur, məni belə tanımır".

Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Ə.Həsənov adıçəkilən tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülmüşdü.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
50 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...