Xalq artistindən Məleykə Əsədovaya İRAD: "Özünə hörmət etmirsə..."

Xalq artistindən Məleykə Əsədovaya İRAD:

Xalq artisti Ramiz Məlik həmkarı, xalq artisti Məleykə Əsədovanın geyimlərinə irad bildirib. Unikal.org xəbər verir ki, tanınmış aktyor "facebook” sosial şəbəkəsində Əsədovaya məsləhət verib: "Məleykə, belə şəkillərlə özünü biabir etmə. İlk növbədə özünü yox, sənə verilən o fəxri adı və teatr kollektivini düşün”.

"Qafqazinfo” mövzu ilə bağlı Ramiz Məliklə əlaqə saxlayıb. Aktyor sosial şəbəkədəki hesabın ona aid olduğunu, aktrisanı isə təhqir etmədiyini söyləyib: "Şərhi yazan profil mənə məxsusdur. Boynuma alıram ki, mən yazmışam. Bir ağsaqqal kimi ona tövsiyə etmişəm. Məleykə, sən "Azdrama”nın kollektivinə hörmət elə. Başqa şey deməmişəm. Mən onu təhqir etməmişəm. Özünə hörmət etmirsə, teatr kollektivinə hörmət etsin. Niyə onun haqqında belə yazsınlar? Təkcə xalq artisti odur? Bu qədər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1067 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...