Bu kolleclərdə yoxlamalar aparılır

Bu kolleclərdə yoxlamalar aparılır
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən orta ixtisas təhsil müəssisələrində keçirilən monitorinqlər çərçivəsində Agentliyin Hüquq və insan resursları sektorunun müdiri Siyavuş Əhmədzadə oktyabrın 18-də Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci və Ağdaş Dövlət Humanitar Kollecində olub.

Gundeminfo.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Monitorinq zamanı müəllim və tələbə heyəti ilə görüş keçirilib və kolleclərin fəaliyyəti barədə müzakirələr aparılıb. Eyni zamanda tələbə və müəllimlərin problemləri, şikayət və təklifləri dinlənilib, ayrı-ayrı qruplar üzrə tələbələrin dərslərə hazırlıq səviyyəsi yoxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
51 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...