Gülənin yerinə kim keçəcək? - Siyahıdakı ADLAR

Gülənin yerinə kim keçəcək? -
FETÖ lideri Fətullah Gülənin ölümündən sonra terror təşkilatında nələrin olacağı maraq doğurur. Fətullah Gülənin yerini tutacaq şəxslə bağlı ABŞ-nin qərar verəcəyi bildirilir.

“Cebheinfo.az” xəbər verir ki, Pensilvaniyada yaşayan FETÖ lideri Fətullah Gülən müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Gülənin bacısı oğlu və terror təşkilatına yaxınlığı ilə tanınan hesablar onun ölüm xəbərini təsdiqləyib. Gülənin səhhətində ciddi problemlər, təşkilatdaxili qarışıqlıqlar və kreslo davaları son dövrlər özünü daha çox büruzə verirdi.

FETÖ parçalanmaq üzrədir

F.Gülənin ölümü ilə bütün gözlər bundan sonra baş verəcək proseslərə dikilib. Pulu kimin idarə edəcəyinə qərar verə bilməyən təşkilatın dağılmaq üzrə olduğu deyilir. Pul axınının yanında FETÖ-nün daşınmaz əmlakının da olduğu ortaya çıxıb. CNN-in canlı yayımında Hande Fırat deyib:

“Təkcə Afrikadakı məktəblərdən 200-250 milyon dollar pul gəlir. Bu səbəbdən ABŞ və Avropa komandaları bu pulu nəzarət altına almaq üçün öz aralarında ciddi mübarizə aparırlar”.

Bu mübarizənin önümüzdəki günlərdə hansı səviyyəyə çatacağı bəlli deyil:

“Hər bir şəxsin terror təşkilatına rəhbərlik edəcəyi bir müddət var və o istifadə müddəti bitmişsə, bu mübarizə davam edərsə, CIA kimi təşkilatlar dəstək verməzsə, o, ABŞ tərəfindən ləğv edilə bilər”.

Qərarı ABŞ verəcək

Gülənin ölümündən sonra onun yerinə kimin keçəcəyi məlum olmasa da, ABŞ-nin qərar verəcəyi məlumdur. Bu adlardan birincisinin terror təşkilatının əsas idarəçilərindən Mustafa Özcanın olduğu iddia edilir.

Özcan İstanbul və Balkan ölkələrində terror təşkilatının “imamı”, daha sonra isə “xüsusi xidmətlər” çərçivəsində Hərbi Hava Qüvvələri Komandanlığının özəl imamı vəzifəsində çalışıb.

Digər bir isim FETÖ-də uzun illər yüksək məsul icra imamı kimi fəaliyyət göstərən İsmayıl Büyükçələbidir. O, təşkilatda “Böyük Qardaş” kimi tanınır.

Onlardan başqa Cevdet Türkyolu və Osman Şimşək da rəhbərliyə iddalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
58 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...