Melissa Tikinti Şirkətinin vandallığı - VİDEO

Melissa Tikinti Şirkətinin vandallığı -
Bakının Yasamal rayonu, Alatava 1 ünvanında içərisində insanlar yaşaya-yaşaya evlər sökülür. Bu barədə görüntülər sosial şəbəkələrdə yayaılıb.

Gundeminfo.az xəbər verir ki, dünən oktyabrın 20-də çəkilən görüntülərdən də aydın olur ki, tikinti şirkəti mənzildə azyaşlılar olmasına baxmayaraq evi sökməyə çalışır.

Videodan da göründüyü ki, mənzildə uşaqlar kömək istəyrilər. Videoda vətəndaşlar mənzillərinin dəyəri ödənilmədiyi halda söküldüyü iddia edilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı qafqazinfo-ya bildirib ki, məsələ ilə bağlı ərazi polis orqanına müraciətlər daxil olub. Araşdırma aparılır.

İddialara görə, söküntünü həyata keçirən “Melissa” tikinti şirkətidir. Yayılmış görüntülərlə əlaqədar şirkətlə əlaqə saxlasaq da, açıqlama verilməyib.

Xatırladaq ki, ötən ay da həmin ərazidə yaşayan bəzi sakinlər onların xəbəri olmadan evlərinin söküldüyünü bildirmişdilər.

Onu da əlavə edək ki, mətbuatda "MELİSSA ASB İNŞAAT" MTK-nın sahibinin Qalib Məmmodv adlı şəxs olduğu bildirilib. Q.Məmmədovla bağlı bundan əvvəl də Bakının H.Zərdabi-92 A ünvanında yerləşən mənzillərin sahibləri etirz edirdilər.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq:

GUNDEMİNFO.AZ həmin görüntüləri təqdim edir:




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
206 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...